Səudiyyə Ərəbistanının vəliəhdi Türkiyədə rəsmi səfərdədir
Ankara, 22 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Türkiyə Respublikasında rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, ali qonağı Ankarada Prezident Administrasiyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb. Baş nazirin müavini Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudi geniş tərkibli nümayəndə heyəti müşayiət edir.
Prezident Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə Ərəbistanının Baş nazirinin müavini Əbdüləziz Al Səud arasında ikitərəfli görüşdən sonra iki ölkəni təmsil edən heyətlər bir araya gələcəklər.
Bu səfər təkcə Səudiyyə Ərəbistanı-Türkiyə münasibətlərinin inkişafı baxımından deyil, regional proseslərin düzgün məcraya yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Türkiyə Prezidenti Ukraynaya səfər edəcək
BMT-nin Baş katibi Lvovda Ukrayna və Türkiyə prezidentləri ilə görüşəcək
ABŞ-ın birinci xanımı koronavirusa yoluxub
Malayziyanın Kralı Türkiyədə rəsmi səfərdədir
“Zaporojye” AES-də qəza baş verərsə, 400 mindən çox insan məcburi təxliyə ediləcək