×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidmətində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə əməkdaşlıq çərçivəsində təlim təşkil edilib

Bakı, 22 iyun, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) arasındakı əməkdaşlıq çərçivəsində “Jest dili” mövzusunda təlim keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması işini həyata keçirən əməkdaşlar iştirak ediblər. DOST Agentliyinin nümayəndəsi Aytac Qədirova vətəndaş məmnunluğunun təmin olunması məqsədilə fiziki şəkildə eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslərin müraciətlərinin qəbulu ilə bağlı əməkdaşlara təqdimat edib.

Cəmiyyət 2022-06-22 19:51:00