×
A
A
A
Sazlamalar

“Effektiv kommunikasiya” mövzusunda görüş keçirilib

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də gənclər təşkilatlarının Baş katibləri üçün Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramovla “Gənclərlə İş üzrə menecerlərin inkişaf proqramı” layihəsi çərçivəsində “Effektiv kommunikasiya” mövzusunda görüş keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, görüşdə nitqdən düzgün istifadə, səlis danışıq üçün vacib məqamlar kimi mövzular ətrafında müzakirələr aparılıb, fikirlər səsləndirilib.
İnteraktiv formada keçən görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.

 

 

 

 

Cəmiyyət 2022-06-22 16:55:00