ABŞ-ın təhsil naziri: Amerikalılar ölkədə müəllim çatışmazlığına təəccüblənməməlidirlər
Vaşinqton, 22 iyun, AZƏRTAC
Amerikalılar ölkədə müəllim çatışmazlığı və K-12 məktəb sistemində əmək bazarı böhranı nəticəsində yaranan fasilələrə təəccüblənməməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın təhsil naziri Miqel Kardona deyib. Təhsil sistemində mövcud problemləri sadalayan Kardona qeyd edib ki, digər sektorlarda işçilərin işə götürülməsi və saxlanmasına dəstək verilir, lakin təhsil sektorunda bu, müəllimlərə nadir hallarda şamil olunur.
Onun sözlərinə görə, mentorluq və praktiki təcrübə üçün səylər artmalı, müəllim təhsili proqramları yenidən qurulmalıdır.
Corctaun Universitetinin hesabatına görə, ştatların lokal məktəb sistemləri Bayden administrasiyasının “Amerika Xilasetmə Planı” vasitəsilə aldıqları ilk 50 milyard dolların təxminən 23,5 faizini kadr məsələlərini həll etmək üçün ayırırlar. Bunun yalnız 4,3 faizi kadrların saxlanması və işə götürülməsinə sərf olunub.
AZƏRTAC-ın Vaşinqton bürosu
ABŞ prezidentliyinə namizəd: Ölkəyə Ukraynadakı münaqişəyə son qoymaq üçün plan lazımdır
KXDR parlamenti bir neçə nazir və Mərkəzi Banka yeni rəhbər təyin edib
Daşkənddə anbarlardan birində güclü partlayış və yanğın baş verib
Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlar üçün Qərbin ciddi təkliflərini görmür