×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti Muğla vilayətində yanğın baş verən əraziyə baxış keçirib

İstanbul, 22 iyun, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğla vilayətinin Marmaris rayonunda yanğın baş verən əraziyə baxış keçirib.
AZƏRTAC xəbər verir ki, helikopterlə ərazini gəzən Türkiyə dövlətinin başçısını ölkənin daxili işlər naziri Süleyman Soylu müşayiət edib.
Xatırladaq ki, iyunun 21-i axşam saatlarından başlayaraq Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda yerləşən meşəlik ərazilərdə yanğın başlayıb. Yaşayış ərazilərindən təqribən 3-4 kilometr kənarda baş verən yanğının söndürülməsi işləri davam edir.
Bölgədə 30-a yaxın ev təxliyə edilib.
Təxminən 250 hektar ərazini əhatə edən yanğının baş verdiyi bölgəyə gedən yollar nəzarət altına alınıb, əraziyə girişlər qadağan olunub.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

 

Dünya 2022-06-22 16:35:00