Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb
Bakı, 22 iyun, AZƏRTAC
Əfqanıstanın cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 920 nəfərə çatıb.
AZƏRTAC TOLOnews telekanalına istinadla xəbər verir ki, bu barədə Taliban hökumətinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazir müavini Şarafuddin Müslüm məlumat verib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində, həmçinin 610 nəfərə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanların ailələrinə 100 min əfqani (təxminən 1,1 min dollar), zərər çəkənlərə isə 50 min əfqani (560 dollar) kompensasiya ödəniləcək.
İyulun 22-nə keçən gecə Əfqanıstanın Paktika və Host əyalətlərində dağıdıcı zəlzələ olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda fəlakət zonasında axtarış-xilasetmə işləri davam edir.
ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) əvvəlcə zəlzələnin gücünün 6,1 bal olduğunu bildirmiş, sonradan isə 5,9 bal olaraq yeniləmişdi.
Türkiyə Prezidenti Ukraynaya səfər edəcək
BMT-nin Baş katibi Lvovda Ukrayna və Türkiyə prezidentləri ilə görüşəcək
ABŞ-ın birinci xanımı koronavirusa yoluxub
Malayziyanın Kralı Türkiyədə rəsmi səfərdədir
“Zaporojye” AES-də qəza baş verərsə, 400 mindən çox insan məcburi təxliyə ediləcək