Britaniyada inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb
Bakı, 22 iyun, AZƏRTAC
May ayının nəticələrinə görə, Böyük Britaniyada inflyasiya illik ifadədə 9,1 faiz artıb ki, bu da son 40 ilin ən yüksək göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Birləşmiş Krallığın Milli Statistika Xidmətinin yayımladığı hesabatda yer alıb. Aprel ayında isə istehlak qiymətləri ötən ilin analoji dövrü ilə müqayisədə 9 faiz bahalaşıb.
Mütəxəssislərin fikrincə, inflyasiya əsasən Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Avropada enerji böhranına səbəb olması, həmçinin Böyük Britaniyada elektrik enerjisinin və yanacağın qiymətinin bahalaşması ilə bağlıdır.
Mart ayında Londondakı İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzi Böyük Britaniyanın həyat standartlarında 1950-ci illərdən bəri ən böyük enişin ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
İngiltərə Bankının son hesablamalarına görə, payızda ölkədə inflyasiya səviyyəsi 11 faizə yüksələ bilər.
Suriya və İraq ərazisində daha doqquz terrorçu zərərsizləşdirilib
ABŞ Ukraynaya yeni hərbi yardım paketi təqdim etməyə hazırlaşır
Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub