×
A
A
A
Sazlamalar

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio partiyasını tərk edib

Roma, 22 iyun, AZƏRTAC

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio tərk etdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Luici Di Maio Ukraynaya silah yardımı məsələsində razılaşa bilmədiyi üçün “5 Ulduz Hərəkatı”nı tərk edib.
“Mən və bir çoxumuz “5 Ulduz Hərəkatı”nı tərk edirik. Sabahdan etibarən “5 Ulduz Hərəkatı” parlamentdəki ilk siyasi partiya olmayacaq”, - deyə nazir bildirib.
Luici Di Maio ilə birgə 60 deputat və 11 senator olmaqla 70-dən çox parlamentari “5 Ulduz Hərəkatı”nı tərk edir və onlar parlamentdəki səlahiyyətlərini itirəcək.
Qeyd edək ki, Rusiya-Ukrayna gərginliyi fonunda Avropa İttifaqı və NATO ölkələri ilə birlikdə Ukraynaya silah yardımı edən İtaliyada bu məsələ daxili siyasətdə müzakirə mövzusu olmaqda davam edir.

 

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2022-06-22 13:54:00