×
A
A
A
Sazlamalar

ASAPES-in “İdman jurnalistikası” magistrantlarının Böyük Britaniyada tədris-təcrübə proqramı başlayıb

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 20-dən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdman jurnalistikası” magistr proqramı tələbələrinin Böyük Britaniyada tədris-təcrübə proqramı başlayıb.
Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iki həftə davam edəcək proqram çərçivəsində tələbələrimizin London, Mançester və Liverpul şəhərlərində olan idman infrastrukturlarının media mərkəzləri və teleradio yayım şirkətlərinə səfəri planlaşdırılır.
Tədris-təcrübə proqramının iştirakçıları artıq “Media sahibkarlığı” modulunu tədris edən Ceyms Tukerin rəhbərliyi altında Böyük Britaniyanın ən nüfuzlu radio şirkətlərindən biri “Virgin Radio”nun Londonda yerləşən baş ofisinə olublar. Yayım şirkətinin “TalkSport” və “TalkSport2” idman radio və televiziyasının baş prodüseri Sara Kollins ilə görüşən tələbələrimiz şirkətin yayım otaqları, radio avadanlıqları ilə tanış olub, həmçinin canlı yayımda aparıcı və prodüserlərin iş prosesini izləyiblər.
Qeyd edək ki, hazırda “TalkSport” komandasının aparıcı və prodüserləri ilə işləyən Sara Kollins uzun illər BBC Teleradio Şirkətinin idman şöbəsinin rəhbəri kimi çalışıb. BBC-də keçirdiyi 27 illik karyerası ərzində Sara Kollins Nigeriya, həmçinin Milan, Roma və Las-Veqas şəhərlərindən yayımlar həyata keçirib, 30-dan çox idman klubu ilə əməkdaşlıq edən komandanın rəhbəri olub.

 

İdman 2022-06-22 13:32:00