×
A
A
A
Sazlamalar

Qadın həndbolçulardan ibarət Azərbaycan yığma komandası Gürcüstan komandasına qalib gəlib

Bakı, 22 iyun, AZƏRTAC

Qadın həndbolçulardan ibarət Azərbaycanın yığma komandası hazırlığını davam etdirir.
Hazırlığa Bakıda təşkil olunan təlim-məşq toplanışı ilə start verən həndbolçularımız iyunun 16-dan Gürcüstandadırlar.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırlıq komandamızın baş məşqçisi Slavisa Ristiçeviç və köməkçi məşqçi Fuad Yangildinin rəhbərliyi ilə Tbilisidə keçirilir.
Yığmamız orada Gürcüstan millisi ilə iki yoxlama görüşündə qüvvəsini sınayıb.
İyunun 18-də keçirilən birinci qarşılaşma 28:17 hesabı ilə millimizin xeyrinə başa çatıb.
İki gün sonra təşkil olunan növbəti yoldaşlıq görüşü də Azərbaycan təmsilçisinin üstünlüyü ilə yekunlaşıb - 26:16.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı iyunun 24-də yekunlaşacaq.

İdman 2022-06-22 13:29:00