Banqladeşdə daşqın qurbanlarının sayı 36 nəfərə çatıb
Bakı, 22 iyun, AZƏRTAC
Banqladeşdə mövsümi leysan yağışlarının səbəb olduğu daşqınlar 36 nəfərin həyatına son qoyub.
AZƏRTAC Banqladeş mediasına istinadla xəbər verir ki, bu barədə məlumat ölkənin səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə operativ mərkəzin məlumatında yer alıb.
Məlumata görə, iyunun 17-dən 21-dək Banqladeşin daşqınların təsirinə məruz qalan 64 rayonunda 100 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Həmçinin 27 rayonda əlverişsiz hava şəraiti insan ölümlərinə səbəb olub.
Hindistanın Banqladeşlə qonşu olan Assam ştatında da daşqın və torpaq sürüşmələri səbəbindən ölənlərin sayı artır. Son 24 saat ərzində ştat ərazisində 11 nəfər həyatını itirib və ölənlərin ümumi sayı 80 nəfəri ötüb.
Bolqarıstanın Baş naziri: Şengen zonasına qəbul edilməməyimiz müxalifəti gücləndirəcək
NASA Ayda binalar tikməyi planlaşdırır
Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb
İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib
Birinci Kanalın sabiq redaktoru 8,5 il müddətinə azadlıqdan məhrum olunub