×
A
A
A
Sazlamalar

İranın idman və gənclər naziri Azərbaycana səfərə yola düşüb

Tehran, 22 iyun, AZƏRTAC

Bu gün İranın idman və gənclər naziri Seyid Həmid Səccadi Azərbaycana səfərə yola düşüb.
AZƏRTAC xəbər verir ki, iranlı nazir İslam Əməkdaşlıq Təşkilatının gənclər və idman nazirlərinin Daimi Şurasının iclasında iştirak edəcək.
Bununla yanaşı, Seyid Həmid Səccadi bir sıra rəsmi görüşlər də keçirəcək. Görüşlərdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə olunacaq.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

 

İdman 2022-06-22 11:59:00