×
A
A
A
Sazlamalar

UEFA: “Klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı” mövzusunda videokonfrans formatında seminar keçirilib

Bakı, 22 iyun, AZƏRTAC

UEFA-nın təşkilatçılığı ilə “Klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı” mövzusunda videokonfrans formatında seminar keçirilib.
AZƏRTAC Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadla xəbər verir ki, AFFA-nın lisenziyalaşdırma qrupunun üzvlərinin iştirak etdiyi seminarda “Klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı” ilə bağlı yeni qaydalar və maliyyə məsələlərini əhatə edən mövzular müzakirə olunub.
Sonra UEFA-nın üzv assosiasiyaları tərəfindən verilən suallar cavablandırılıb.

 

İdman 2022-06-22 11:09:00