Əfqanıstanda zəlzələ nəticəsində 255 nəfər həlak olub
Bakı, 22 iyun, AZƏRTAC
Əfqanıstanın cənub-şərqində, Pakistanla sərhəddə yerləşən Paktika əyalətində ötən gecə baş vermiş güclü zəlzələ nəticəsində 255 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Aamaj News agentliyi yerli hakimiyyət orqanlarına və xilasedicilərə istinadla məlumat yayıb.
İlkin məlumata görə, təbii fəlakət nəticəsində 100-dən çox insan yaralanıb. Əyalətin Barmal, Ziruk, Nika və Qayan qəzaları daha çox zərər çəkib. Bir neçə ev tamamilə dağılıb. Hazırda fəlakət zonasında axtarış-xilasetmə əməliyyatları davam edir. Bölgəyə paytaxt Kabildən helikopterlərlə dəstək göstərilir.
Zəlzələ Paktika ilə yanaşı, Host, Lahman, Qəzni, Lohar, Kabil və başqa əyalətlərə də təsir göstərib. Taliban hərəkatının Daxili İşlər Nazirliyi zəlzələdən zərər çəkən insanlara yardım göstərilməsi üçün beynəlxalq təşkilatlara müraciət edib.
ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) əvvəlcə zəlzələnin gücünün 6,1 bal olduğunu bildirmiş, sonradan isə 5,9 bal olaraq yeniləmişdi.
Makron: Fransa bu ilin sonunadək Nigerdən qoşunlarını çıxaracaq
Fransa Nigerdəki səfirini və diplomatlarını geri çağırır
Ukrayna ordusunun “Taurus”dan istifadə etmək üçün təlimi təxminən üç ay çəkəcək
Almaniya Ukraynaya pilotsuz uçan aparatlar tədarük edəcəyini açıqlayıb
Kolumbiya ordusu Karib dənizində 1 tondan çox kokain müsadirə edib