Göyçay rayon sakininin qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət başlanıb
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini 1977-ci il təvəllüdlü Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Ucar Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatına görə, aparılmış ilkin araşdırmalarla Bakı-Tbilisi dəmir yolu xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü kilometrdə hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
FHN: Ötən sutka ərzində 32 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ötən gün ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
Binəqədi və Səbail rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub