Latın Amerikası ölkələrində dizelin qiyməti rekord səviyyəyə çatıb
Vaşinqton, 22 iyun, AZƏRTAC
Latın Amerikası ölkələrində dizel yanacağının qiyməti iyun ayı ərzində üçüncü dəfə rekord səviyyəsinə çatıb.
AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, ölkə administrasiyaları dizel istehsalının yüksək tələbatla ayaqlaşmaq üçün əlindən gəldiyini etdiyini açıqlayıb.
Meksika ilə Argentina arasında yerləşən ölkələr dizel idxalının artırılmasına fərqli səbəblərə görə üstünlük verir. İyun ayında baş vermiş zəlzələ nəticəsində Meksikanın Salina Cruz neft emalı zavodu sıradan çıxıb və bununla əlaqədar ölkə neft emalı ilə bağlı problemlər yaşayır. Cənubi Amerikanın cənub hissəsində yerləşən ölkələr də qış mövsumuna hazırlaşır, bu isə enerji istehsalı və nəqli üçün daha çox benzinin işlədilməsi anlamına gəlir.
Argentinada topdansatış enerji inzibatçısı “Cammesa” beş karqo həcmində yüksək kükürdlü dizeli, “YPF” şirkəti isə üç karqo həcmində çox aşağı kükürdlü dizeli tender vasitəsilə alıcılara təklif edib. Bir neçə həftə öncə Perunun “Petroperu” şirkəti üç karqo aldıqdan sonra yenidən beş karqo həcmində aşağı kükürdlü dizelin almasını istəyir.
Ukraynada davam edən münaqişə və Amerika ölkələrində yaşanan inflyasiya bu problemləri daha da mürəkkəbləşdirir.
AZƏRTAC-ın Vaşinqton bürosu
Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB
Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək
Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq
Yunanıstan ilə Türkiyə arasında körpünün tikintisinə 2024-cü ildə başlanacaq
Cari ilin sonunadək Kahramanmaraşda 9 mindən çox evin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir