×
A
A
A
Sazlamalar

AFFA U-21 millisinin baş məşqçisi ilə vidalaşıb

Bakı, 21 iyun, AZƏRTAC

AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə vidalaşıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, serbiyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.
AFFA Milan Obradoviçə U-21yığmasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Bildirilib ki, millinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

İdman 2022-06-21 18:49:00