×
A
A
A
Sazlamalar

Basketbolçularımız Türkiyənin “Kadikoy CSKA” komandasına qalib gəliblər

Bakı, 21 iyun, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində U-18 yığma komandamızın təlim-məşq toplanışı davam edir.
AZƏRTAC xəbər verir ki, Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı çərçivəsində millimiz “Kadikoy CSKA" komandasının qonağı olub və qarşılaşmadan (73-68) hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, komandamızın ən məhsuldar basketbolçusu 21 xalla Əli Həsənov seçilib. Hüseyn Qasımov oyunu 15 xal, Səid İsmayılov isə 13 assist ilə tamamlayıblar.

İdman 2022-06-21 18:38:00