Xüsusi olimpiyaçı oğlanlar arasında həndbol üzrə seçmə yarışların qalibi müəyyənləşib
Bakı, 21 iyun, AZƏRTAC
Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində oğlanlar arasında həndbol üzrə seçmə yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda təşkil olunub. Yekun nəticəyə görə, birinci yeri Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin komandası tutub. İkinci yerə sərbəst məşqçi-müəllim Lyudmila Qasıyevanın komandası sahib olub. Üçüncü pillədə isə Xəzər rayonu, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin yığması qərarlaşıb.
Qeyd edək ki, yığma komanda ən güclü divizionda qalib gələn komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin beynəlxalq yarışlarında iştirak etmək şansı qazanacaq.
Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib
Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib
Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub
Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub