Filippinin yeni Prezidenti özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib
Tokio, 21 iyun, AZƏRTAC
Filippinin yeni seçilən Prezidenti Ferdinand Markos qiymətlərin artması fonunda iyunun 21-də özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib.
AZƏRTAC xəbər verir ki, bunu F.Markos iyunun 20-də, həmin ayın 30-na təyin edilən inauqurasiya mərasimi ərəfəsində bildirib.
Filippinin yeni Prezidenti bildirib ki, ölkə daxilində qiymətlər xarici amillərlə əlaqədar, o cümlədən Ukraynada baş verən müharibə nəticəsində qlobal tədarük zəncirində yaranan problemlərlə bağlı artmaqda davam edir. Problemin həllinin vacibliyini qeyd edən F.Markos, bunun üçün ilk növbədə ərzaq məhsullarının istehsalının artırılmasının zəruriliyini bildirib.
Qeyd edək ki, Filippin Prezidenti çox az hallarda özünü həm də kənd təsərrüfatı naziri təyin edir. Seçkiöncəsi kampaniya zamanı F.Markos düyünün qiymətini azı iki dəfə azaldacağını vəd etmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Serbiyanın təbii qaz rezervləri ölkə tarixində ən yüksək səviyyəyə çatıb
Türkiyədə mülki təlim təyyarəsi qəzaya uğrayıb
Məşhur ərəb aktrisa İngiltərənin “The Economist” qəzetini məhkəməyə verib
Mostar Avropanın ən gözəl şəhərləri siyahısında qərarlaşıb
Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi ULAQ-ın seriya istehsalına başlanılıb