Zaqatalada avtoxuliqanlıq edən sürücü həbs olunub
Bakı, 21 iyun, AZƏRTAC
Sosial şəbəkələrdə Zaqatala şəhəri ərazisində “VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsünün yol-hərəkəti qaydalarını, ictimai asayişi nümayişkaranə şəkildə pozduğuna, eləcə də nəqliyyat vasitəsini aşırdığına dair görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində sürücünün şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun rayon sakini Namiq Şabanov olduğu məlum olub. Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə Namiq Şabanov 25 sutka inzibati həbs olunub və sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.
Evdən generator və marketdən terminal oğurlayan keçmiş məhkumlar saxlanılıb
FHN: Ötən sutka ərzində 80 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub