×
A
A
A
Sazlamalar

Kikboksinqçilərimiz Türkiyədə keçirilən “King of kings” yarışında uğur qazanıblar

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Kikboksinq Federasiyasının “Xocalı” İdman Klubunun kikboksinqçiləri Türkiyənin Qars şəhərində keçirilən “King of kings” yarışında uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimiz turnirdə 21 qızıl, 5 gümüş medal qazanıblar.
“Xocalı” İdman Klubunun baş məşqçisi Əli Cəfərov komandanın yarışa ciddi hazırlaşdığını və əldə edilən yüksək nəticənin komanda üzvlərinin əhval-ruhiyyəsinə müsbət təsir göstərdiyini bildirib. O qeyd edib ki, kikboksinqçilər qarşıdakı yarışlarda daha böyük qələbələr qazanmaq əzmindədirlər.
İdmançılarımız Türkiyədən Naxçıvana qayıdarkən Aprel döyüşlərinın şəhidi mayor Rasim Məmmədovun məzarını ziyarət ediblər.
Xatırladaq ki, şəhidin oğlu Asim Məmmədov “Xocalı” İdman Klubunun idmançısıdır.

 

İdman 2022-06-21 15:33:00