×
A
A
A
Sazlamalar

Stend atıcımız beynəlxalq yarışda bürünc medal qazanıb

Bakı, 21 iyun, AZƏRTAC

Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran-Pri yarışında Azərbaycanın stend atıcısı Nurlana Cəfərova bürünc medal qazanıb.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bu nailiyyəti idmançımız stend atıcılığının dairəvi növü üzrə qadınlar arasında yarışda əldə edib.
Bundan əvvəl idmançılarımız Əli Hüseynli və Alina Rəfixanova qarışıq komanda yarışında üçüncü yeri tutublar.
Qeyd edək ki, Konyada Qran-Pri turniri iyunun 13-də başlayıb. Ölkəmizi yarışda 14 idmançı təmsil edir.

İdman 2022-06-21 15:24:00