×
A
A
A
Sazlamalar

"Qəbələ"nin UEFA Konfrans Liqasındakı oyunlarının təqvimi açıqlanıb

Bakı, 21 iyun, AZƏRTAC

"Qəbələ" futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubuna qarşı oyunlarının təqvimi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, "Qəbələ" ilk matçı iyulun 21-də səfərdə keçirəcək. "MOL Arena"dakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Komandalar arasında cavab matçı isə iyulun 28-də Qəbələ şəhər stadionunda olacaq. Həmin görüşün başlama saatı hələlik bəlli deyil.

 

İdman 2022-06-21 11:39:00