×
A
A
A
Sazlamalar

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib

Bakı, 21 iyun, AZƏRTAC

Bakının "Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Bakı təmsilçisi sabiq yarımüdafiəçisi Emil Martinovu transfer edib.

Otuz yaşlı bolqarıstanlı oyunçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, E.Martionov 2018/2019-cu il mövsümündə də "Səbail"in formasını geyinib və Azərbaycan Premyer Liqasının bürünc medalçısı olub.

 

İdman 2022-06-21 11:36:00