×
A
A
A
Sazlamalar

Polis ehtiyatsızlıqdan xəsarət alıb

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, o, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib.
Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.

 

Hadisə 2022-06-20 15:45:00