Xətai rayonunda 16 kiloqram narkotik vasitəni qəbiristanlıqda gizlədən şəxs saxlanılıb VİDEO
Bakı, 20 iyun, AZƏRTAC
Paytaxtın Xətai rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin əməkdaşları ötən gün keçirdikləri növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov saxlanılıb. Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisindəki qəbiristanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkarlanıb. Qeyd edilən faktla əlaqədar idarənin istintaq şöbəsində cinayət işi başlanılıb. Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Gömrükçülər ölkəyə qanunsuz yolla spirtli içkilərin gətirilməsinin qarşısını alıblar
Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir
Dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib
FHN: Dənizdə batmış şəxsin axtarışları davam edir
Sabunçu rayonunda vətəndaşın pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb