×
A
A
A
Sazlamalar

Bərdə rayon sakininin həmkəndlisini öldürməsi, sonra isə intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakı, 20 iyun, AZƏRTAC
İyunun 18-i saat 13 radələrində Bərdə rayonunun Şatırlı kənd sakini 1989-cu il təvəllüdlü Anar Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1962-ci il təvəllüdlü Namiq Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Anar Hüseynovu qəsdən öldürməsinə, daha sonra həmin tüfəngdən özünün baş nahiyəsinə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hadisə 2022-06-20 12:53:00