×
A
A
A
Sazlamalar

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib

Bakı, 20 iyun, AZƏRTAC

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda Gəncə təmsilçisi Tural Axundovu transfer edib. Otuz dörd yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Tural Axundov 2015-2017-ci illərdə də “sarı-göylər”in şərəfini qoruyub və iki mövsüm komandanı kapitan kimi meydana çıxarıb.

 

 

 

İdman 2022-06-20 12:54:00