×
A
A
A
Sazlamalar

“Qarabağ” Bakıdakı təlim-məşq toplanışını yekunlaşdırıb

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi ötən gecə hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanıb.
Avstriya toplanışı üçün üç yoxlama oyunu nəzərdə tutulub.
Rəqiblərin adı hələlik açıqlanmayıb.
Xatırladaq ki, "Qarabağ" bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

İdman 2022-06-20 11:53:00