×
A
A
A
Sazlamalar

“İdman hamı üçün” layihəsi çərçivəsində “Sağlam həyat günü” təşkil edilib

Bakı, 20 iyun, AZƏRTAC

“İdman hamı üçün” layihəsi çərçivəsində “Sağlam həyat günü” təşkil edilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Konqres Mərkəzinin qarşısında keçirilən tədbirdə bütün yaş kateqoriyalarından sakinlər, xüsusən də uşaq və gənclər iştirak ediblər. Müxtəlif idman növləri və proqramlar üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.

 

İdman 2022-06-20 10:52:00