×
A
A
A
Sazlamalar

Çimərlik güləşi üzrə komandamız İspaniyada 3 medal qazanıb

Bakı, 19 iyun, AZƏRTAC

İspaniyada çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Pontevedra şəhərinin Sanxenxo qəsəbəsində təşkil olunan turnirdə ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil ediblər. O.Kamaliaqdam bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İ.Yusubov gümüş, R.Həsənov isə bürünc medal qazanıblar. Beləliklə, Azərbaycan 1 dəst medalla komanda hesabında 2-ci yeri tutub.
Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi iyulun 1-2-də Fransada keçiriləcək.

İdman 2022-06-19 22:49:00