×
A
A
A
Sazlamalar

Karateçilərimiz Avropa çempionatında 5 medal qazanıblar

Bakı, 19 iyun, AZƏRTAC
Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın yeniyetmə və gənclərdən ibarət seçmə komandasının üç üzvü qitə çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq. Belə ki, Əzim Rahib (+70 kg), Vahid Həsənov (+76 kg) və Hüseyn Məmmədli finala yüksəliblər.
Həlledici görüşlərdə V.Həsənov Lazar Potpara (Monteneqro) ilə, Hüseyn Məmmədli isə Younes Oualadla (Belçika) qarşılaşacaq.
Üçüncü yer uğrunda isə Fatimə Məmmədova (47 kg) Alyona Kahveçi (Türkiyə), Aslan Dostuyev Aleksis Tsangarasla (Kipr) görüşəcək.
Yarışda 48 ölkədən 1064 idmançı iştirak edir.

İdman 2022-06-19 22:06:00