×
A
A
A
Sazlamalar

Atletika üzrə komandamız Qırğızıstanda beynəlxalq yarışda uğurla çıxış edib

Bakı, 19 iyun, AZƏRTAC

Atletika üzrə komandamız Qırğızıstanın Bişkek şəhərində keçirilən Tatyana Kolpakova mükafatı uğrunda olan beynəlxalq yarışda uğurla çıxış edərək 6 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.
AZƏRTAC xəbər verir ki, 4 atletlə yarışa qatılan komandamızın üzvlərindən Yelena Pextireva (uzunluğa tullanma, 6,10 m), Nazim Babayev (uzunluğa tullanma 7,69 m) yarışın birinci günündə qızıl medal qazanıblar. Əlhəm Nağıyev (100 m, 10,86 (şəxsi nəticə) gümüş, Yekaterina Sariyeva (uzunluğa tullanma 5,75 m) bürünc medala sahib olublar.
Beynəlxalq turnirin ikinci günündə isə komandamız daha 4 qızıl medal əldə edib. Belə ki, Nazim Babayev (üçtəkanla tullanma, 6,24 m), Yekaterina Sariyeva (üçtəkanla tullanma, 13,95 m), Yelena Pextireva (200 m, 25,11), Əlhəm Nağıyev (200 m, 21,59) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

İdman 2022-06-19 21:33:00