×
A
A
A
Sazlamalar

Təmsilçilərimiz aerobika gimnastikası üzrə dünya çempionatında mübarizə aparıblar

Bakı, 19 iyun, AZƏRTAC

Portuqaliyanın Qimarayeş şəhəri aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları yarışlarının ardınca bu növ üzrə böyüklər arasında dünya çempionatına ev sahibliyi edib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi yığma komandamızın üzvləri Ayxan Əhmədli, Rauf Hacıyev, Nigar Mir Cəlallı, Nəzrin Mustafayeva, Mədinə Musatafayeva, Sənan Mahmudlu, Xədicə Quliyeva və Vladimir Dolmatov təmsil ediblər.
Çempionatda ən yüksək nəticəni millimizin 8 üzvündən ibarət olan aerodans komandası göstərib. Belə ki, təmsilçilərimiz 7-ci pillədə qərarlaşıblar.
Fərdi yarışlarda kişilər arasında Vladimir Dolmatov 9-cu, qadınlar arasında Mədinə Mustafayeva 17-ci olub. Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət qarışıq cütlüyümüz isə 12-ci yeri tutub.

İdman 2022-06-19 16:25:00