“Şuşa İli” çərçivəsində akvarel performansı təşkil edilib
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 18-də Xətai Sənət Mərkəzinin qarşısında “Şuşa İli”nə həsr olunmuş akvarel performansı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin dəstəyi və “IWS Azerbaijan” (Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi) və “IWS Khatai Art Center”in (Xətai Sənət Mərkəzinin nəzdindəki Akvarel qalereyası) təşkilatçılığı ilə reallaşıb.
Akvarel performansında 20-yə yaxın akvarelist rəssam uzun bir vərəq üzərində öz bacarıqlarını ortaya qoyaraq əsərlərində əsasən vətənimizin gözəl və dəyərli guşələri olan Qarabağ və Şuşa mövzularına üstünlük verib, zəngin memarlıq nümunələrimizi, heyrətamiz təbiət mənzərələrimizi akvarel texnikası vasitəsi ilə təqdim ediblər.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Xalq rəssamı Sirus Mirzəzadə, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov iştirak ediblər. Tədbirin ikinci hissəsi çay masası ətrafında davam edib.
Bu gün Sarayevo Film Festivalı başlayır
Böyük Britaniyanın yeddi şəhəri “Avroviziya 2023”ə ev sahibliyi uğrunda mübarizəni davam etdirəcək
Bakıdakı “Rus Evi”ndə xalq yazıçısı Natiq Rəsulzadə ilə görüş keçiriləcək
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xalq artisti Azərpaşa Nemətovla görüşüb
"Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsinə başlanılıb