×
A
A
A
Sazlamalar

Uşaq musiqi məktəbi “Şuşa İli”nə həsr olunmuş konsert təşkil edib

Bakı, 18 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi Azərbaycan Milli İncəsənət Muzeyində “Şuşa İli”nə həsr olunmuş “İlin uğurları” adlı konsert keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə çıxış edənlər tədris ili ərzində Qazaxıstan, Fransa, Yaponiya, Belçika və s. ölkələrdə keçirilmiş müxtəlif beynəlxalq müsabiqələrdə laureat və diplomant adını qazanan şagirdlər olublar.
Tədbirdə şagirdlərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert dinləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət 2022-06-18 17:26:00