×
A
A
A
Sazlamalar

Lerik rayonunda axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 17-də saat 12 radələrində Lerik rayonunun Zərdəbərə kəndində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları tərəfindən saxlanılarkən o və yanında olan oğlu Ruslan tabesizlik göstərib, yaba ilə onlardan birinə xəsarət yetiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, buna baxmayaraq, V.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb, oğlu Ruslan isə hadisə yerindən qaçsa da, tutulması təmin edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisə 2022-06-18 14:52:00