Musiqi məktəbində “Şuşa İli”nə həsr olunmuş yekun konsert
Bakı, 18 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində “Şuşa İli”nə həsr olunmuş yekun konsert təşkil olunub.
İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə şagird və müəllimlərin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Nağaraçalanlar, violonçelçilər və “Ad libitum” ansambllarının, “Renessans”, “Cırtdan” və “Çinar” xorlarının çıxışları alqışlarla qarşılanıb.
Tədbir zamanı məktəb vokalçılarının və xor kollektivlərinin Şuşa şəhərində keçirilən “Könlüm keçir Qarabağdan” respublika incəsənət festival-müsabiqəsindəki çıxışlarını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Azərbaycanlı gənclər Batumidə “Musiqili gecə” adlı konsertdə çıxış ediblər
Azərbaycanda həyata keçiriləcək beynəlxalq layihənin misirli iştirakçılarının adları açıqlanıb
“Tazəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar sökülüb