Qadınları cinsi istismara məruz qoyan şəxs məhkum edilib
Bakı, 18 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova tutulub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən G.Məhərrəmova Cinayət Məcəlləsinin 144-1.2.1-ci, 144-1.2.2-ci və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) təqsirli bilinərək səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Evdən generator və marketdən terminal oğurlayan keçmiş məhkumlar saxlanılıb
FHN: Ötən sutka ərzində 80 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub