Gədəbəydə yük avtomobili dərəyə aşıb
Bakı, 18 iyun, AZƏRTAC
Gədəbəydə xəsarətlə nəticələnən yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyinin(FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin “112” qaynar telefon xəttinə Kiçik Qaramurad kəndində QAZ markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Evdən generator və marketdən terminal oğurlayan keçmiş məhkumlar saxlanılıb
FHN: Ötən sutka ərzində 80 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub