Uşaq musiqi məktəbinin “İlin uğurları” adlı konserti keçirilib
Bakı, 17 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi Azərbaycan Milli İncəsənət Muzeyində “Şuşa İli”nə həsr olunmuş “İlin uğurları” adlı konsert keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə çıxış edənlər bu tədris ili ərzində Qazaxıstan, Fransa, Yaponiya, Belçika və s. ölkələrdə keçirilmiş müxtəlif beynəlxalq müsabiqələrdə qalib olan şagirdlər olub. Onların ifasında İ.S.Bax, F.Mendelson, P.İ.Çaykovski, F.Şopen, H.Venyavski, V.Mustafazadə, S.Ələsgərov, P.Bülbüloğlunun əsərləri səsləndirilib.
Konsert dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Misirli tarixçi alim Azərbaycan tarixi haqqında proqram hazırlayıb
“Kitabxanalarımızı tanıyaq və tanıdaq” layihəsinə start verilib
Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq
“Azərbaycan – qədim sivilizasiya məskəni”: Xudafərin körpüsü