“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsi Ukraynada keçirilməyəcək
Bakı, 17 iyun, AZƏRTAC
Ukrayna ölkədəki mövcud vəziyyət səbəbindən “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsini təşkil edə bilməyəcək.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar Avropa Yayım Birliyi (EBU) tərəfindən qəbul olunub.
“Ukrayna təmsilçisinin “Avroviziya”da qələbəsindən sonra EBU Ukrayna İctimai televiziya kompaniyasının müsabiqənin gələn il keçirilməsi variantlarını öyrənib. Obyektiv təhlildən sonra referent qrupu təəssüf hissi ilə belə qərara gəlib ki, mövcud vəziyyət, təhlükəsizlik zəmanəti nəzərə alınaraq, yayımçı müsabiqənin qaydalara uyğun təşkili və keçirilməsi üçün zəruri olan şərtləri yerinə yetirə bilməyəcək”, - deyə müsabiqənin saytında dərc olunmuş bəyanatda bildirilir.
Xatırladaq ki bu ilin mayında keçirilmiş mahnı müsabiqəsində Ukraynanın Kalush Orchestra qrupu Stefania kompozisiyası ilə qalib gəlib. İkinci yeri 466 bal toplayan Böyük Britaniya təmsilçisi Sem Rayder tutub.
Hazırda müsabiqənin Britaniyada keçirilməsi məsələsinə baxılır. EBU bununla bağlı BBC ilə danışıqlara başlayır.
“Avroviziya” 1956-cı ildən keçirilməyə başlayan ən populyar qeyri-idman tədbirlərdən biridir, onun 600 milyonadək tamaşaçı auditoriyası var.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir