×
A
A
A
Sazlamalar

Yasamalda dörd evdən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb

Bakı, 17 iyun, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində dörd evdən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Alıyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

Hadisə 2022-06-17 14:41:00