×
A
A
A
Sazlamalar

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində iki avtomobil toqquşub

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 16-da saat 5 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şəmkir rayon sakini A.Aslanovun idarə etdiyi “Ford Transit” və paytaxt sakini E.Ağayevin sürdüyü “Mercedes” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində A.Aslanovun sərnişini, Kürdəmir rayon sakini Yolçu Əhmədov hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

Hadisə 2022-06-17 14:07:00