×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Bakı, 17 iyun, AZƏRTAC

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “İveco” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin üzərində daşınan iki ədəd “Toyota Camry” markalı avtomobilin qapılarında gömrük nəzarətindən gizlədilən 10 min 320 ədəd “Parliament” və 21 min 480 ədəd “Marlboro” markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-06-17 12:56:00