×
A
A
A
Sazlamalar

Kitabxana heykəltaraş Münəvvər Rzayeva haqqında videoçarx hazırlayıb

Bakı, 17 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası “Tanınmış Şuşa sakinləri” silsiləsindən Azərbaycanlı heykəltaraş və ilk monumentalçı qadın Münəvvər Rzayeva haqqında videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Şuşada anadan olmuş, tanınmış qadın heykəltaraş Münəvvər Rzayevanın həyat yolu və müxtəlif dövrlərinə aid fotoları nümayiş olunub.
Həmçinin, videoçarxda heykəltaraşın əsərlərindən Sevil Qazıyeva, Mikayıl Müşfiq, Ayna Sultanova, Məhsəti Gəncəvi və Nigar Rəfibəylinin heykəllərinin fotoları da verilib.
“Tanınmış Şuşa sakinləri”ndən Münəvvər Rzayeva haqqında hazırlanmış videoçarx kitabxananın yutub kanalında yerləşdirilib.

 

Mədəniyyət 2022-06-17 12:42:00