×
A
A
A
Sazlamalar

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 51 cinayətin üstünü “isti izlər”lə açıblar

Bakı, 17 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) iyunun 16-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 51 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 64 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Hadisə 2022-06-17 12:18:00