×
A
A
A
Sazlamalar

Uşaq musiqi məktəbinin növbəti uğuru

Bakı, 17 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 28 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi Kənan Çıqaliyev “Avropa-Asiya” I Beynəlxalq İncəsənət Festival-Müsabiqəsində uğur qazanıb.
AZƏRTAC xəbər verir ki, Kənan Çıqaliyev müsabiqədə birinci dərəcəli diploma layiq görülərək “Laureat” adını qazanıb.
Kənanın müəllimi Samirə Həsənli musiqi estetik dünyagörüşü inkişafına misilsiz töhfə olan şagirdlərin yetişdirilməsində göstərdiyi xidmətlərə görə “Təşəkkürnamə” ilə təltif edilib.

 

Mədəniyyət 2022-06-17 11:58:00