×
A
A
A
Sazlamalar

Bakı şəhər sakininin bank hesabından pulunu oğurlayan şəxs saxlanılıb

Bakı, 17 iyun, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini N.Əsgərovun bank hesabından 670 manat məbləğində pulunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Əzizli müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Hadisə 2022-06-17 11:49:00